Hansı sahibkarlar bu gündən əmlak vergisi ödəyəcək?

Hansı sahibkarlar bu gündən əmlak vergisi ödəyəcək?

Mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1 milyon manatdan çox olan mikro sahibkarlar bu gündən etibarən əmlak vergisi ödəmək məcburiyyətindədirlər. SİA xəbər verir ki, "Vergi Məcəlləsi"nə edilən və bu gündən qüvvəyə minən yeni dəyişikliklərdə bu öz əksini tapıb.

Dəyişikliklərə müvafiq olaraq, mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri bir milyon manatdan artıq olan müəssisə, ümumi qaydada əmlak vergisini hesablayaraq ödəməlidir. Beləliklə, balasında olan avadanlığın əvvəlki ilin sonuna qalıq dəyəri bir milyon manatdan artıq olduğunda mikro sahibkarlıq subyektlərinə tətbiq edilən əmlak vergisi üzrə azadolma müəssisəyə şamil olunmur.
Qeyd edək ki, bu günə qədər tətbiq edilən qaydalara əsasən, mikrosahibkarlıq subyekti olan bütün şəxslər əmlak vergisi ödəməkdən azad idi.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə