Bu gündən heyvan və quş yemlərinin satışı 4 il müddətində əlavə dəyər vergisindən azad edilib

Bu gündən heyvan və quş yemlərinin satışı 4 il müddətində əlavə dəyər vergisindən azad edilib

Bu gündən heyvan və quş yemlərinin satışı 4 il müddətində əlavə dəyər vergisindən (ƏDV ) azad edilib.

SİA xəbər verir ki, bu, Prezident İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə tətbiqi barədə fərman imzaladığı “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.

Qanuna əsasən, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr 2020-ci il yanvarın 1-dən 4 il müddətində ƏDV-dən azaddır.

Bütün xəbərlər Facebook səhifəmizdə