Quş və heyvan ətinin satışı 4 il müddətinə ƏDV-dən azaddır

Quş və heyvan ətinin satışı 4 il müddətinə ƏDV-dən azaddır

2020-ci il yanvarın 1-dən Vergi Məcəlləsində ediləcək dəyişikliyə əsasən, quş ətinin satışı 4 il müddətinə ƏDV-dən azad olunacaq. Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən SİA-ya bildirilib ki, quş ətinin satışı ilə yanaşı, heyvan ətinin satışı da 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad ediləcək.

Kəsilmiş və dondurulmuş heyvan və quş ətləri istisna olmaqla, emal əməliyyatlarına məruz qalan heyvan və quş ətinin təqdim edilməsinə ƏDV-dən azadolma şamil olunmur.

Bütün xəbərlər Facebook səhifəmizdə