Azərbaycan cari ilin oktyabr ayında Türkiyəyə 931,99 milyon kubmetr təbii qaz ixrac edib. SİA xəbər verir ki, Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında bu barədə məlumat qeyd olunub.
Məlumata əsasən, ötən ilin oktyabr ayı ilə müqayisədə bu 20,82% çoxdur. Həmçinin qeyd oliunur ki, oktyabrda Türkiyəyə nəql edilən təbii qazın ümumi həcmində Azərbaycanın payı 29,5% olub.
Bu ilin yanvar-oktyabr ayları ərzində isə Azərbaycandan Türkiyəyə 7 795,24 milyon kubmetr təbii qaz ixrac edilib ki, bu, 2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 30,3% çoxdur. Beləliklə də, Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkədir.
Bu ilin oktyabr ayında Azərbaycan Türkiyəyə qaz ixracına görə lider olub. Sonrakı yeri İran tutub. Türkiyəyə bu ölkənin ixrac etdiyi qazın həcmi isə 856,35 milyon kubmet təşkil edib. Türkiyəyə qaz ixracına görə lider olan Rusiya isə oktyabrda üçüncü sıraya düşüb. Rusiyadan Türkiyəyə oktyabr ayında cəmi 594,85 milyon kubmetr həcmində qaz ixrac edilib ki.
Xatırladaq ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB