Payızlıq bitkilərin kütləvi səpini başa çatır

Payızlıq bitkilərin kütləvi səpini başa çatır

Gələn ilin, 2020-ci ilin məhsulu üçün ölkədə payızlıq bitkilərin kütləvi səpini başa çatmaq üzrədir. SİA Statistika Komitəsinə istinadən xəbər verir ki, cari il dekabr ayının 24-ü vəziyyətinə 1 019 200,2 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib.

Məlumata görə səpin aparılmış sahənin 98,4 faizini və yaxud 1 002 745,5 hektarını dən üçün payızlıq bitkilər təşkil edib ki, onun da 636 217 hektarı buğda, 366 178,5 hektarı arpa, 350 hektarı isə çovdar əkinlərinin payına düşür.

Buğda bitkisi ən çox Şəki şəhəri (42 747,5 ha), Cəlilabad (54 979,1 ha), Füzuli (28 778 ha), Şamaxı (28 556,4 ha), Hacıqabul (24 312 ha), İsmayıllı (22 712 ha), Qobustan (20 696 ha) rayonlarında, arpa bitkisi ən çox Şəki şəhəri (24 412,2 ha), Neftçala (36 803 ha), Kürdəmir (32 884 ha), Biləsuvar (17 924,5 ha), Ağsu (17 231 ha), Ağdaş (12 997 ha), Şamaxı (11 968 ha) rayonlarında səpilib.

Dən üçün payızlıq bitkilərinin səpin sahəsi ötən ilin analoji dövrü ilə müqayisədə 0,3 faiz artıb. Qeyd edək ki, ayrı-ayrılıqda arpanın səpin sahəsi 10,6 faiz, çovdarın səpin sahəsi 43,4 faiz artıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə