“Qara qızıl”ın qiyməti son 3 ayın maksimum həddinə çatır. SİA Amerika Neft İnstitutunun (API) yaydığı məlumata istinadən xəbər verir ki, ABŞ-ın xam neft ehtiyatlarının azalması və qlobal iqtisadi göstəricilərlə bağlı nikbinlik əlamətləri fonunda “qara qızıl”ın qiyməti 3 aylıq ən yüksək səviyyəyə yaxınlaşır.
ABŞ və Çinin uzun müddətdir davam edən ticarət mübahisəsinin həllinə dair ilk addım atması, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) və tərəfdaşlarının hasilatın azalmasını dərinləşdirməsi qərarı səbəbindən neftin qiyməti dekabrda təxminən 12 faiz artıb.
Qeyd edək ki, hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 68 dollardan, “Light” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 61 dollardan baha satılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB