Plastmas və plastmasdan hazırlanan məmulatların idxalı artıb

Plastmas və plastmasdan hazırlanan məmulatların idxalı artıb

Ölkəyə yanvar-noyabr ayları ərzində 206,9 min ton plastmas və plastmasdan hazırlanan məmulatlar idxal edilib. SİA Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, idxal edilən 206,9 min ton plastmas və plastmasdan hazırlanan məmulatların dəyəri 369,4 milyon ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin, yəni 2018-ci ilin 11 ayında Azərbaycana dəyəri 331,6 milyon dollar olmaqla 174,5 min ton plastmas və plastmasdan hazırlanan məmulatlar idxal edilmişdi. Bu isə o deməkdir ki, cari ildə ölkəyə ötən ilin analoji dövrü ilə müqaisədə 37,8 milyon dollar daha çox və 32,4 min ton artıq plastmas və plastmasdan hazırlanan məmulatlar idxal edilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə