AAYDA ilin yekun hesbatını verdi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2019-cu il yanvar ayının 11-də keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında, möhtərəm Сənab Prezidentin yekun nitqində yol infrastrukturu ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi qarşısında konkret tapşırıq qoyaraq bildirib:

“Bu il investisiya proqramında yol tikintisi üçün kifayət qədər vəsait nəzərdə tutulub. Bu il ən azı, hələlik ən azı 1000 kilometr yeni yol salınacaqdır. Onların arasında əlbəttə ki, yüzlərlə kənd yolları var, eyni zamanda, magistral yolların tikintisinin davam etdirilməsi layihələri var,”

Bu tapşırığın icrası olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi tərəfindən 2019-cu ilin 11 ayı ərzində 1185,9 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub. O cümlədən:

- Respublika əhəmiyyətli - 123,8 km;

- Yerli əhəmiyyətli - 794,8 km;

- Bakı şəhər yolları - 267,3 km.

2019-cu ilin 11 ayı ərzində respublikamızın ümumi istifadədə olan avtomobil yollarında 10 yeni körpü tikilib, 13 qəzalı vəziyyətə düşmüş körpü bərpa edilib, 7 yeraltı və 6 yerüstü piyada keçidində təmir işləri aparılıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə