Gələn ildən qida məhsulları karantin sistemindən keçiriləcək
“Gömrükdə şəffaflıqdan danışırıqsa, qida təhlükəsizliyi məsələsi burada kənarda qala bilməz”. SİA xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu gün Bakıda keçirilən “Xarici Ticarət İştirakçılarının 2-ci Respublika Forumu”nda deyib.
Onun sözlərinə görə, ölkəyə idxal olunan qida məhsulları gələn ildən karantin sistemindən keçiriləcək.
“Gömrük-keçid məntəqələrinin yaxınlığında karantin sistemi yaradılacaq və daha sürətli, keyfiyyətli keçidə şərait yaradacaq”, deyə Qida Təhlükəsizliyi Agentliyinin sədri bildirib.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB