Xarici Ticarət İştirakçılarının 2-ci Respublika Forumu keçirilib TƏDBİR
Bu gün, 20 dekabr tarixində Heydər Əliyev Mərkəzində Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) təşkilatçılığı ilə Xarici Ticarət İştirakçılarının 2-ci Respublika Forumu işə başlayıb. SİA xəbər verir ki, Forum "Gömrük sahəsində islahatlar: "Yaşıl dəhliz" sisteminin tətbiqinin nəticələri və perspektivlər" mövzusuna həsr edilib. Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə nazirlər, dövlət qurumları rəsmiləri, xarici qonaqlar, xarici ticarət iştirakçıları olan sahibkarlar, o cümlədən media mənsubları iştirak edirlər.
Forumda ilk öncə "Gömrük sahəsində islahatlar, nəticəlır, perspektivlər" barədə video-çarx nümayiş etdirilib.
900-dən artıq iş adamının, xarici diplomatik korpus nümayəndələrinin və rəsmi şəxslərin iştirak etdiyi tədbirin açılış mərasimində DGK-nın sədri Səfər Mehdiyev, Kənd Təsərrüfatı naziri İnam Kərimov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai, Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı və digər rəsmilər çıxış ediblər.
Çıxış üçün ilk söz Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə verilib. Komitə sədri təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gömrük siyasəti və bu siyasəti uğurla davam etdirən Cənab Prezident İlham Əliyevin apardığı islahatlara toxunub və islahatların uğurlu məntiqi nəticələrindən danışıb. Səfər Mehdiyev islahatların gömrük xidmətində perspektivlərə zəmin yaratdığına da diqqəti cəlb edib. Gömrük Komitəsinin sədri islahatlar çərçivəsində reallaşdırılan “Yaşıl Dəhliz” barədə məlumat verib və bu layihənin ölkə iqtisadiyyatında əldə olunan müsbət nəticələrə, həmçinin gələcək perspektivlərə də zəmin yaratdığını Forum iştirakçılarının nəzərinə çatdırıb.
Sonra çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov ölkədə aparılan islahatlara diqqəti cəlb edib. Nazir bu islahatlatın məntiqi nəticəsi kimi əldə olunan uğurlar, nailiyyətlər, ölkənin kənd təsərrüfatı sahəsində perspektivlərindən danışıb. İnam Kərimov ölkə başçısının diqqət və qayğısını, dövlətimizin sahibkarlar üçün yaratdığı münbit şəraiti, iş adamları üçün ayrılan subsidiyaları, edilən güzəştləri xatırladıb və bildirib ki, bütün bunlar ölkə iqtisadiyyatının inkişafına xidmət edir. Ölkə başçısının rəhbərliyi ilə görülən işlərin ölkəmizin inkişafı üçün verdiyi töhfələri diqqətə çatdıran nazir, bundan sonra daha böyük uğurlara əminliyini ifadə edib.
Tədbirdə digər rəsmilər də öz çıxışlarında Forumun əhəmiyyətindən, ölkə başçısı, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ölkədə aparılan islahatlar sayəsində əldə edilən uğurlardan, nailiyyətlərdən danışıb, Forumun işinə uğurlar arzulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB