Arif Əliyev: “Azərbaycanda qiymətlər qalxandan sonra aşağı düşmür”

Arif Əliyev: “Azərbaycanda qiymətlər qalxandan sonra aşağı düşmür”

"Etiraf etməliyik ki, ölkə üzrə ərzaq məhsullarında bayramqabağı qiymətlər müəyyən qədər qalxıb, amma həyata keçirilən tədbirlər nəticəsində qiymətlərdə azalmalar da müşahidə olunur". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bildirib.

 

O, qeyd edib ki, bayramdan sonra qiymətlərin necə olacağı barədə proqnoz verməkdə çətinlik çəkir. "Ümumiyyətlə, deyə bilərəm ki, bizdə qiymətlər qalxandan sonra aşağı düşmür. Yəni, qiymətlərin qalxması satıcılardan asılıdır. Nəyə görə bir ay bundan əvvəl ət 6 manat idi, indi 7 manat olub? Qeyd edim ki, Azərbaycan Prezidentinin tapşırığından sonra qiymətlərin enməsi gözlənilir"-deyə, A.Əliyev vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə