Türkiyəli iş adamına maliyyə sanksiyası tətbiq olunub

Türkiyəli iş adamına maliyyə sanksiyası tətbiq olunub

Məlumat verildiyi kimi, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə pendir istehsalı ilə məşğul olan Selman İbrahim Ali İhsan oğlu barəsində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Dövlət Xidmətində işə baxılmış və "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə, Selman İbrahim Ali İhsan oğluna 7,2 min manat maliyyə sanksiyası tətbiq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə