Dünya bazarında Azərbaycan neftinin qiyməti artıb. SİA-nın martın 11-də London birjasında keçirilən hərraclarda "Azeri Light" markalı neftin qiyməti 0,08 dollar artaraq 117,54 dollar təşkil edib.
Qeyd edək ki, Yaponiyada baş verən güclü zəlzələ nəticəsində ölkədaxilində bir sıra neftayırma zavodlarının fəaliyyətlərinin dayandırması neftin qiymətinin enməsinə təsir edib. Belə ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 1,54 dollar və ya 1,5 faiz azalaraq 1 barelə görə 101,16 dollar təşkil edib. ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,59 dollar azalaraq 113,84 dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB