Yaponiyada baş verən güclü zəlzələ neftin qiymətinə təsir edib
Yaponiyada baş verən güclü zəlzələ nəticəsində ölkədaxilində bir sıra neftayırma zavodlarının fəaliyyətlərinin dayandırması neftin qiymətinə təsir edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 1,54 dollar və ya 1,5 faiz azalaraq 1 barelə görə 101,16 dollar təşkil edib.
ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,59 dollar azalaraq 113,84 dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB