İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti süni qiymət artımının qarşısının alınması məqsədilə monitorinqləri və araşdırmaları davam etdirir. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görülmüş tədbirlər nəticəsində toyuq yumurtasının topdan və pərakəndə satış qiymətinin ucuzlaşması qeydə alınıb.
Belə ki, Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər zamanı yumurtanın topdansatış qiymətinin 11 qəpik, bir sıra ticarət obyektlərində isə pərakəndə satış qiymətinin 12 qəpik olduğu müşahidə edilib.
Araşdırmalar davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB