İki ay ərzində ARDNŞ ölkənin qaz təchizatı sisteminə 2,8 milyard kubmetr qaz verib
2011-ci ilin fevral ayında ARDNŞ-nin hasil etdiyi qazdan ölkənin təbii qaz təchizatı sisteminə 845 milyon 262 min kubmetr "mavi yanacaq" verilib. Qurumdan SİA-ya verilən xəbərə görə, ay ərzində yeraltı qaz anbarlarından 527 milyon 441 min kubmetr "mavi yanacaq" götürülüb. Bununla da fevral ayında 1 milyard 372 milyon 702 min kubmetr qaz istifadə olunub.
2010-cu ilin fevral ayı ilə müqayisədə bu göstərici 190,0 milyon kub metr çoxdur. Cari ilin fevral ayında sənaye, əhali və "Azərenerji" ASC-nin istifadəsinə 1 milyard 022 milyon 029 min kubmetr təbii qaz verilmiş, Gürcüstana 147 milyon 529 min kubmetr, Rusiyaya 170 milyon 278 min kubmetr qaz ixrac olunmuş və Naxçıvan MR-nın qaz təminatı üçün İran İslam Respublikasına 32 milyon 866 min kubmetr "mavi yanacaq" ötürülüb.
2011-ci ilin yanvar-fevral ayları ərzində ARDNŞ-nin hasil etdiyi qazdan ölkənin təbii qaz təchizatı sisteminə 1 milyard 708 milyon 994 min kubmetr "mavi yanacaq" verilib. Bundan başqa, yeraltı qaz anbarlarından 1 milyard 078 milyon 245 min kubmetr "mavi yanacaq" götürülüb. Bununla da yanvar-fevral ayları ərzində 2 milyard 787 milyon 239 min kubmetr qaz istifadə olunmuşdur ki, bu da 2010-cu ilin eyni dövrü ilə müqayisədə 348,4 milyon kub metr çoxdur.
Göstərilən həcmdən sənaye, əhali və "Azərenerji" ASC-nin istifadəsinə 2 milyard 133 milyon 633 min kubmetr təbii qaz verilmiş, Gürcüstana 224 milyon 016 min kubmetr, Rusiyaya 359 milyon 240 min kubmetr qaz ixrac olunmuş və Naxçıvan MR-nın qaz təminatı üçün İran İslam Respublikasına 70 milyon 350 min kubmetr "mavi yanacaq" ötürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB