Vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, İqtisadiyyat naziri Mikayıl Cabbarovun Kürdəmirdə, nazir müavini Sahib Məmmədovun Ucarda nəzərdə tutulan vətəndaşların qəbulu başqa vaxta keçirilib.

İqtisadiyyat Nazirliyindən SİA-ya verilən məlumata görə, qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə