Dünya bazarında qızılın qiyməti bahalaşıb. SİA-nın xəbərinə görə, bu gün qiymətli metalın 1 unsiyası, yəni 31 qramı 1436 dollara satılıb. Bununla da 1 qram qızılın qiyməti 46 dollara çatıb. Qızılın bahalaşmasına ərəb ölkələrində baş verən hadisələrin səbəb olduğu bildirilir. Belə ki, Tunis və Misirdəki inqilablar, Liviyada vətəndaş müharibəsi, Bəhreyn, Yəmən və İrandakı nümayişlər nəticəsində birjalarda neft bahalaşır. Bu isə öz növbəsində Amerika və Avropada inflyasiyaya və yeni böhrana gətirib çıxara bilər.
Bundan ehtiyat edən investorlar isə daha etibarlı mənbə kimi vəsaitlərini qızıla yatırır. Misir hökumətinin fevralın 27-dən iyunun sonuna qədər qızıl külçələrin və zinət əşyalarının ölkədən çıxarılmasına qadağa qoyması isə bazarda təklifin azalmasına səbəb ola bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB