Noyabrın 22-də Energetika naziri Pərviz Şahbazov Yevlax şəhərində vətəndaşları qəbul edəcək. Energetika Nazirliyindən SİA-ya verilən məlumata görə, qəbul saat 11:00-da Yevlax şəhər Heydər Əliyev Mərkəzində (ünvan: Nizami prospekti 61) keçiriləcək.
Həmin gün Energetika nazirinin müavini Samir Vəliyev Mingəçevir şəhərində yerli sakinlərlə görüşəcək. Qəbul saat 11:00-da Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində (ünvan: 20 yanvar küçəsi 172) keçiriləcək. Nazir müavini Elnur Soltanov isə Bərdə şəhərində Bərdə və Tərtər rayonlarının sakinlərini qəbul edəcək. Qəbul saat 11:00-da Bərdə rayon Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 97) başlayacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün Energetika Nazirliyinin [email protected] elektron poçt ünvanı, 598-16-53/54 (daxili 1145, 1146, 1147) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Yevlax filialı (əlaqələndirici şəxs Səbuhi Mürsəlov, əlaqə telefonu: (050) 287-21-21, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Bununla yanaşı, vətəndaşlar Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsindəki “Qəbula yazılmaq“ bölməsi və nazirliyin "Facebook" səhifəsi vasitəsilə qəbula yazıla bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB