1300-dən çox borclunun borcu ödənilib "Aqrarkredit" QSC-nin sədri
Azərbaycan Beynəlxalq Bankından 9600-dən çox problemli aktiv qəbul etmişdik. Bu günə qədər 3.2 milyard manatdan çox borc ödənilib. SİA-nın verdiyi məlumata görə, bunu "Aqrarkredit" QSC-nin İdarə Heyətinin sədri, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri Məmməd Musayev bu gün Yeni Azərbaycan Partiyasının binasında keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, 1300-dən çox borclunun borcu ödənilib: "Bu sahədə işlər davam etdirilir, mümkün olduğu halda kreditlər restrukturizasiya edilir. Kredit borcu olanlardan 4 mindən çoxu fiziki şəxslərdir".
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB