Bu gün İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və "Euroconvention Conferences" təşkilatının təşkilatçılığı ilə "Azərbaycan İnvestisiya Sammiti 2011" öz işinə başlayıb. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycanla yanaşı, ABŞ, Böyük Britaniya, İtaliya, Fransa, Rusiya və digər ölkələrdən 170-dən çox rəsmi şəxs və iş adamları iştirak edib.
Sammitdə açılış nitqi ilə çıxış edən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov və "Euroconvention Conferences" təşkilatının sədri Klaudio Kassuto iqtisadi əlaqələrin genişlənməsində işgüzar görüşlərin, biznes forum və sammitlərin əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini qeyd edib, Azərbaycanda əlverişli biznes və investisiya mühitinin yaradıldığını vurğulayıblar.
Tədbir çərçivəsində Cənubi Qafqaz və Xəzər dənizi regionunda ticarət, investisiya və biznes imkanları ilə bağlı keçirilən müzakirələrdə AZPROMO-nun prezidenti Adil Məmmədov Azərbaycanın ölkə təqdimatı ilə çıxış edib. Sonra Xəzər dənizi regionunda Beynəlxalq Maliyyə Korporasiyasının fəaliyyəti, Şərqi Avropa və Cənubi Qafqazda rəqabətqabiliyyətlilik, xarici investorlar üçün ölkəmizdə yaradılan əlverişli şərait, Azərbaycanın biznes və investisiya mühiti ilə bağlı fikir mübadiləsi aparılıb.
Sammit çərçivəsində Azərbaycanda bank və maliyyə sektorunun inkişaf perspektivləri də müzakirə olunub. Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev rəhbərlik etdiyi qurumun fəaliyyəti və qeyri-neft sektorunda həyata keçirilən layihələr, Dünya Bankının və Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri isə Azərbaycan iqtisadiyyatı üçün maliyyə sektorunun əhəmiyyəti, AYİB-in ölkəmizdəki fəaliyyəti ilə bağlı tədbir iştirakçılarına məlumat veriblər. Tədbir çərçivəsində həmçinin kiçik biznesin inkişafı, sığorta bazarı, xarici kapitalın ölkəyə daxil olma imkanları barədə fikir mübadiləsi aparılıb.
Sammitdə "Dünyada sürətlə inkişaf edən sahələrdən biri kimi alternativ enerji bazarı" və "Kənd təsərrüfatı və qida sənayesində açılan dayanıqlı biznes imkanları" ilə bağlı məruzələr dinlənilib. Azərbaycanın alternativ enerji imkanları, ölkədə kənd təsərrüfatının inkişafı, bu sahədə həyata keçirilən dövlət proqramları, eləcə də aqrar sektorun maliyyələşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Martın 3-də isə "Azərbaycan İnvestisiya Sammiti 2011" çərçivəsində ölkəmizdə telekommunikasiya sektorunun inkişafı, bu sahənin investisiya imkanları, nəqliyyat və yol infrastrukturu ilə bağlı müzakirələr aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB