Peter Olajos: “Macarıstan Avropa Birliyinə sədrliyi dövründə “Nabucco” layihəsinin reallaşdırılması üçün ciddi səy göstərəcək" - AÇIQLAMA
Macarıstan iqtisadiyyatının müxtəlif sektorlarını əhatə edən 17 şirkət iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün danışıqlar aparmaq üçün Azərbaycana gəlib. SİA-nın məlumatına görə, bu haqda Macarıstan milli iqtisadiyyat nazirinin müavini Peter Olajos jurnalistlərə açıqlamasında deyib. Bu şirkətlər arasında alternativ enerji mənbələri üzrə çalışan şirkətlərin də olduğunu deyən P.Olajos bildirib ki, iki ölkə arasında iqtisadi əməkdaşlığın yalnız neft-qaz deyil, digər sahələri də əhatə etməsi üçün danışıqlar aparılacaq.
Avropa Birliyinin sədri olan Macarıstanın "Nabucco" təbii qaz layihəsinin reallaşdırılması ilə bağlı roluna gəlincə, P.Olajos layihənin həyata keçirilməsi üçün ölkəsinin quruma sədrliyi dövründə ciddi səy göstərəcəyini söyləyib. Macarıstan milli iqtisadiyyat nazirinin müavini həm ölkəsində, həm də Azərbaycanda kənd təsərrüfatının inkişaf etdiyini deyib və vurğulayıb ki, bu sahədə əməkdaşlıq üçün geniş potensial var: "Azərbaycan Sovetlər Birliyi dövründə kənd təsərrüfatı bağı adlandırılırdı. İmkanlarımızı niyə birləşdirməyək və bu sahəni inkişaf etdirməyək?"
Ölkələr arasında ticarət dövriyyəsinin 2008-ci ildə 85 milyon dollar olduğunu diqqətə çatdıran P.Olajos bu rəqəmin hər il 8 faiz artdığını deyib. O, Macarıstanın Azərbaycana əsasən maşınqayırma məhsullarını ixrac etdiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB