Paytaxtın iaşə dövriyyəsi əvvəlki illə müqayisədə 5,7 faiz artıb
Bu ilin 8 ayında paytaxtın iaşə dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,7 faiz artaraq 668,7 milyon manat olub.
SİA Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadən xəbər verir ki, dövriyyənin 45,3 faizi hüquqi şəxs statuslu müəssisələrin, 54,7 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb.
Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə keçən ilin yanvar-avqust aylarına nisbətən 0,1 faiz artaraq 302,8 milyon manat təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB