Ötən ay ölkəyə gətirilən avtomobillərin sayı açıqlanıb

Ötən ay ölkəyə gətirilən avtomobillərin sayı açıqlanıb
Avqustda Azərbaycana idxal olunan avtomobillərin sayı 3721 olub. SİA Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, ölkəyə gətirilən avtomobillərin 107-si sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 3288-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 319-u yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 7-si isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə