Rusiya şirkəti Azərbaycandakı şirkətlərə əməkdaşlıq təklif edir

Rusiya şirkəti Azərbaycandakı şirkətlərə əməkdaşlıq təklif edir

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib. AZPROMO-dan SİA-ya bildirilib ki, Rusiyanın “Kompleks Luç” şirkəti ölkəmizdə fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıqda maraqlıdır.

“Komleks Luç” ionlaşdırma vasitəsilə müxtəlif məhsulların, o cümlədən meyvə-tərəvəzin, ət məhsullarının, taxıl bitkilərinin saxlanma müddətinin artırılmasını təmin edən, eləcə də tibbi avadanlıqların və ləvazimatların sanitariya-gigiyena tələblərinə uyğun saxlanılması üçün patogen bakteriyaların məhv edilməsini həyata keçirən komplekslərin təchizatı ilə bağlı təkliflər edir.

Bütün xəbərlər Facebook səhifəmizdə