Birləşmiş Ştatların xam neft ehtiyatları artıb. SİA xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 2,4 milyon barrel (0,6 faiz) artaraq 419,5 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 250 min barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 1,1 milyon barrel artmışdı.
ABŞ-ın strateji neft ehtiyatları isə dəyişməyərək 644,8 milyon barrel olub.
Ölkənin benzin ehtiyatları hesabat həftəsində 0,5 milyon barrel (0,2 faiz) artaraq 230,2 milyon barrel olub. Bazar proqnozları ehtiyatların geriləyəcəyi istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 0,8 milyon barrel çoxalmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB