Bu gün Sabirabad, Saatlı və İmişli rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq
"Azadkənd-İmişli" magistral qaz kəmərində aparılan təmir işləri ilə əlaqədar 22 fevral 2011-ci il tarixdə saat 08:00-dan etibarən həmin magistral kəmərin qaz təchizatı dayandırılacaq. ARDNŞ-dan SİA-ya verilən xəbərə görə, təmir işləri aparılan müddətdə Sabirabad, Saatlı və İmişli rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB