İkinci binadakı mənzillərə dair çıxarışlar jurnalistlərə təqdim ediləcək ANONS
Əmlak Məsələləri Dövlət Komitəsi jurnalistlərin ikinci binasının sənədləşdirilməsi ilə bağlı məsələyə aydınlıq gətirib. SİA Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatına istinadən xəbər verir ki, Prezident İlham Əliyevin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş və onların mülkiyyətinə verilmiş ikinci binada yerləşən mənzillərə dair Çıxarışlar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaxın günlərdə səyyar mobil qeydiyyat xidməti çərçivəsində həmin binanın həyətində media nümayəndələrinə təqdim ediləcəkdir.

Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB