Bakı-London aviareysi təyyarədə qeydə alınan texniki nasazlıq səbəbindən ləngiyir
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2 007 saylı Bakı-London aviareysi təyyarədə qeydə alınan texniki nasazlıq səbəbindən ləngiyir.
SİA Heydər Əliyev Beynəlxalq Aeroportuna istinadən bildirir ki,Hava limanından verilən məlumata görə, sözügedən aviareys üzrə təyyarə bu gün saat 18:05-də havaya qalxmalı idi: "Bakı-London aviareysi üzrə havaya qalxmalı "Boeing 787-800" təyyarəsində xırda texniki nasazlıq qeydə alınıb. Sözügedən nasazlıq aradan qalxan kimi avialayner Londona uçacaq".
Aeroportdan həmçinin bildirilib ki, texniki problem xırda olduğundan qısa bir zamanda aradan qaldırılacaq və təyyarə yola salınacaq: "Bakıdan Londona təyyarənin saat 19:00-da havaya qalxacağı gözlənilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB