Dünya Bankının Azərbaycan üzrə meneceri: “Qeyri-neft sektorunun inkişafı üçün Azərbaycanın kifayət qədər potensialı var”
Azərbaycan regionda Türkiyə və Qazaxıstandan sonra Dünya Bankından (DB) ən çox kredit alan ölkədir. SİA-nın məlumatına görə, bu sözləri bankın Azərbaycan üzrə meneceri Cozef Ouen deyib. O, bildirib ki, Azərbaycan DB-dən 2,2 milyard dollar kredit alıb.
DB-nin Azərbaycan üzrə meneceri bildirib ki, hazırda ölkədə yeni neft-qaz yataqları tapılsa da, 20-25 ildən sonra bu sahədən gələn gəlirlər azala bilər: "Bu vaxt Azərbaycan qeyri-neft sektorunun gəlirlərindən asılı olacaq. Hesab edirəm ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün potensial var. Bir neçə il bundan əvvəl Malayziya, Sinqapur və Cənubi Koreyanın vəziyyəti də Azərbaycandakı kimi idi. Azərbaycan mövcud potensialından istifadə etməklə tezliklə modern bir ölkəyə çevrilə bilər".
D-nın Azərbaycan üzrə növbəti 4 il üçün strategiya hazırladığını deyən C.Quen qeyd edib ki, 2 il ərzində layihə və sərmayələr şəklində 280 milyon dollar vəsait ayrılacaq: "Bununla yanaşı, Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası 200 milyon dollar ayıracaq. Biz irriqasiya və müasir kapital bazarının yaradılması kimi layihələr hazırlamışıq. Hazırda isə ali təhsil sahəsində layihə hazırlanır. Hazırda Azərbaycan üzrə aktiv 18 layihə mövcuddur ki, bunun da ümumi dəyəri 2,2 mlrd. dollardır. Bunlar nəqliyyat, o cümlədən dəmir yolu, kanalizasiya, ətraf mühitin qorunması, təhsil, ədliyyə kimi sahələri əhatə edir. 1992-ci ildən Azərbaycanda 43 layihə maliyyələşdirilib. Onların əksəriyyəti nəqliyyat, təhsil, ətraf mühitin qorunması, pensiya və ədliyyə sisteminin inkişafı ilə bağlı olub. Növbəti 4 ildə əsas Azərbaycanda əsas iki istiqamətə diqqət yetirəcəyik. Birincisi, biznes mühitinin yaxşılaşdırılması, qeyri-neft sektorunun inkişafı, ikincisi isə sosial və bələdiyyə xidmətlərinin yaxşılaşdırılması".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB