İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov avqustun 16-da saat 11:00-dan etibarən Masallıda (ünvan: Masallı şəhəri, Masallı Sənaye Məhəlləsi) bu rayondan olan vətəndaşları qəbul edəcək.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün nazirliyin “[email protected]” elektron poçt ünvanı, (012) 493-14-56, (012) 310-28-00 (daxili 2308), (050) 968-78-89 nömrəli telefonlar (əlaqələndirici şəxs Vüqar Muradov), Nazirliyin “195-2” Çağrı Mərkəzi, həmçinin nazirliyin Lənkəran regional bölməsi (ünvan: Lənkəran şəhəri, Heydər Əliyev prospekti 3, İnzibati bina, əlaqələndirici şəxs Çingiz Məmmədov, əlaqə telefonu: (025) 255-10-71, mobil (050) 235-01-07 elektron poçt ünvanı: “[email protected]” ) vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, İqtisadiyyat Nazirliyinin internet səhifəsində xüsusi olaraq yaradılmış “İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölməsi və facebook vasitəsilə də qəbula yazılmaq mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB