Dünyanın iki nəhəng birjası – Frankfurt-Mayn (Deutsche Börse) və Nyu-York (NYSE Euronext) birjaları birləşmək barədə qərar qəbul ediblər.
SİA-nın xəbərinə görə, birləşmə nəticəsində yaranacaq yeni şirkət səhmlərin alqı-satqısı üzrə dünyada ən böyük platformaya çevriləcəkdir. Altmış faizi alman birjasına məxsus olan yeni şirkətə hələlik ad tapılmasa da, birləşmə prosesi ilin sonunadək başa çatmalıdır. Birləşmədən sonra şirkətin bazar dəyəri 26 milyard dollar olacaq və maliyyə müqavilələri, risklərin idarə edilməsi, səhmlərin yerlədirilməsi, alqı-satqısı üzrə dünyanın ən böyük birjasına çevriləcəkdir.
Hər iki birjanın təmsilçiləri Frankfurtda keçirilmiş mətbuat konfransında elan etmişlər ki, birləşmə sayəsində ilk üç ildə ümumilikdə 300 milyon avroya qənaət etmək mümkün olacaq və vahid platformanın köməyi ilə illik gəlir 100 milyon avro artacaqdır.
Yeni şirkətdə 40 faiz payla təmsil olunan Nyu-York birjasında birləşmədən sonra səhmlərin 10 faizədək bahalaşacağına ümid bəslənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB