Kassa çekləri təqdim etməyən sahibkarları 6 min manat cərimə gözləyir

Kassa çekləri təqdim etməyən sahibkarları 6 min manat cərimə gözləyir

Bakıda fəaliyyət göstərən və Vergilər Nazirliyinin yoxlama apardığı ticarət və ictimai iaşə obyektlərinin 97 faizində qanun pozuntusu aşkarlanıb. Xezerxeber.az-ın məlumatına görə, Vergilər Nazirliyinin əməkdaşları paytaxtın bütün rayonlarında yerləşən ayrı-ayrı ticarət və ictimai iaşə obyektlərində kassa çeklərinin təqdim edilməsi vəziyyətinin yoxlanılması ilə bağlı monitorinqlər aparıb.Yoxlamalar zamanı vergi nəzarəti ilə əhatə olunan obyektlərin 97 faizində nəzarət-kassa aparatlarından istifadə ilə bağlı qanun pozuntusu halları aşkarlanıb. Vergilər Nazirliyinin mütəxəssisi Araz Ağayevin sözlərinə görə, rəsmi xəbərdarlıq edilən sahibkarlar risk qrupuna aid ediliblər. Bu da həmin vergi ödəyicilərinin fəaliyyət göstərdikləri təsərrüfat subyektlərində vergi nəzarəti tədbirlərinin təkrar keçirilməsi ilə nəticələnəcək. Monitorinqlər zamanı sahibklar vergi ödəyicilərinə kassa çeki təqdim olunmasının vacibliyi və bu tələblərin pozulması ilə bağlı məsuliyyət tədbirləri haqqında məlumatlandırıblar.

Vergi qanunvericiliyi nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə sərt məsuliyyət tədbirləri nəzərdə tutur. Belə ki, nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli çekin verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə görə sahibkarlar cərimə oluna bilər.

Araz Ağayev istehlakçıların həm alış-veriş zamanı, həm də ictimai iaşə obyektlərinin xidmətlərindən istifadə edərkən kassa çekini tələb etməli olduqlarının bildirir. Bu isə, ilk növbədə, onların hüquqlarının pozulduğu hallarda öz mənafelərinin qorunması üçün vacibdir.

Bütün xəbərlər Facebook səhifəmizdə