Ölkə üzrə bankomatların sayı 1 iyul tarixinə 2 min 571 ədəd olub ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 90 ədəd çoxdur. SİA Mərkəzi Bankın məlumatına istinadən xəbər verir ki, bankomatların 1373-ü Bakıda, 1198-i isə digər şəhər və rayonlarda yerləşir.
Ölkədə banklar tərəfindən quraşdırılmış POS-terminalların sayı 63 min 396 təşkil edib ki, bunun da 25 min 747 ədədi təmassız POS-terminallardır. Cari ilin 6 ayında ötən ilin birinci yarısı ilə müqayisədə təmassız POS-terminalların sayı 26 faiz (5305 ədəd) artıb.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB