Altı ayda 303,1 milyon dollarlıq ixrac sifarişləri olub

Altı ayda 303,1 milyon dollarlıq ixrac sifarişləri olub

Yanvar-iyun aylarında “Azexport.az” portalına 303,1 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. SİA İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyul sayına istinadən xəbər verir ki, cari ildə ixrac sifarişləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,6 faiz artıb.

Bu ilin iyununda portala daxil olan ixrac sifarişlərinin dəyərində ötən ilin eyni ayı ilə müqayisədə 20,8 faizlik artım qeydə alınıb və ixrac sifarişlərinin dəyəri 41,3 milyon dollar təşkil edib.

Portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə, cari ilin birinci yarısında Rusiya (11,9 faiz), Türkiyə (6,6 faiz), Hindistan (5,7 faiz), ABŞ (5,5 faiz) və İngiltərə (5,3 faiz) qərarlaşıb.

Ən çox ixrac sifarişi iyun ayında pambıq, tütün, toyuq əti və yumurtası, qənnadı məhsulu, soğan, çay, şərab, mühərrik yağı, nar şirəsi, kompot, mebel dəsti, tikinti materialı, naftalan yağı, bal, uşaq iç geyimi, gül və sair mallara olub.

Xatırladaq ki, 2017-ci ilin yanvarından bu il iyunun 30-dək “Azexport.az” portalına 133 ölkədən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 292,2 milyon dollar təşkil edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə