Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2011-ci ilin yanvar ayında dövlət büdcəsinə 108 837 000 manat vəsait ödəyib.
ARDNŞ-dan SİA-ya verilən xəbərə görə, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 19 043 000 manat və ya 21,2% çoxdur.
Bundan başqa, cari ilin yanvar ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 9 706 000 manat vəsait köçürüb ki, bu da 2010-cu ilin yanvar ayına nisbətən 990 000 manat (11,4%) çoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB