Azərbaycan ilə Moldovanın ticarət dövriyyəsi 2 milyon dolları ötüb
Cari ilin altı ayında Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi 2,2 milyon dolları ötüb. Bu barədə AZƏRTAC-a Moldovanın Milli Statistika Bürosundan məlumat verilib. Bildirilib ki, hesabat dövründə Azərbaycanın Moldovadan idxal etdiyi məhsulun dəyəri 2 milyon dollara yaxın olub. Azərbaycandan Moldovaya isə 253 min dollarlıq məhsul ixrac edilib.
Xatırladaq ki, 2018-ci ildə Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi 7 milyon dollara yaxın olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB