Fazil Məmmədov: "Nəğd hesablaşmalar aparılan səhələrdə vergidən yayınma halları həddindən artıq çoxdur"

Fazil Məmmədov: "Nəğd hesablaşmalar aparılan səhələrdə vergidən yayınma halları həddindən artıq çoxdur"

Vergi orqanlarında korrupsiyaya qarşı mübarizə tədbirləri müvafiq proqram çərçivəsində daim həyata keçirilib. Amma prezidentin tapşırıqları əsasında onun daha da qətiyyətləşməsi nəzərdə tutulur və dövlət başçısı belə halların aradan qaldırılması üçün bütün dövlət orqanlarına, o cümlədən prokurorluq orqanlarına öz tapşırıqlarını verib. SİA-nın məlumatına görə, bunu vergilər naziri Fazil Məmmədov bildirib. F.Məmmədov qeyd edib ki, Vergilər Nazirliyində belə hallarla Nazirliyin Daxili təhlükəsizlik İdarəsi məşğul olur: "Bu idarənin əsas fəaliyyəti vergi orqanı əməkdaşlarının qanunsuz hərəkətlərindən və ya hərəkətsizliyindən olan şikayətlərə baxılmasıdır, eyni zamanda, korrupsiya halları ilə əlaqədar əgər faktlar varsa, araşdırmaların aparılmasıdır".

F.Məmmədovun sözlərinə görə, müxtəlif hallarda işində verdiyi nöqsanlara görə işçilər işdən azad edilir, eyni zamanda korrupsiya hallarına rast gəlinən məsələlərdə bu materiallar Respublika Prokurorluğunun Korrupsiya ilə mübarizə İdarəsinə göndərilir.

Nazir eyni zamanda bildirib ki, hazırda nağdsız ödənişlərin stimullaşdırılması üçün Vergilər Nazirliyinin və Mərkəzi Bankın əməkdaşlarından ibarət birgə işçi qrup yaradılıb. Bu qrup ticarət sahəsində nəğdsız hesabların həcminin artırılması üçün təkliflərin hazırlanması ilə də məşğul olacaq. Respublikada nəğdsız ödənişlərin stimullaşdırılması üzrə tədbirlərdən biri də mal və xidmətlərin haqqının plastik kartlar vasitəsilə ödənilməsinə imkan yaradan vergiödəyicilər, eləcə də alıcılar üçün stimullaşdırıcı lotoreyalar üzrə vergi güzəştləri ola bilər: " Nəğdsiz hesablaşmalar olan sahələrdə vergidən yayınma halları minimumdur. Çox təəssüflər olsun ki, nəğd hesablaşmalar aparılan sahələrdə isə vergidən yayınma halları həddindən artıq çoxdur. Nəğd hesablaşmaların aparılmasına qarşı ciddi addımlara atılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə