ARDNŞ atmosferə atılan zərərli qazların azaldılması istiqamətində işləri davam etdirilir

ARDNŞ atmosferə atılan zərərli qazların azaldılması istiqamətində işləri davam etdirilir

ARDNŞ-nin idarə və müəssisələrinin balansında olan nəqliyyat vasitələrindən atmosferə atılan zərərli qazların nəzarətdə saxlanmasını təmin etmək məqsədi ilə Ekologiya İdarəsinin Ekoloji Ölçmə Mərkəzində işlər davam etdirilir. Şirkətdən SİA-ya verilən xəbərə görə, 2011-ci ilin yanvarında Ekoloji Ölçmə Mərkəzinin əməkdaşları Şirvan şəhərinə və Hacıqabul rayonuna ezam olunan, "Azəriqaz" İstehsalat Birliyi yerli idarələrinin istismarında olan nəqliyyat vasitələri ekoloji müayinədən keçirilib. Hazırda "Azneft" İB, Kompleks Qazma İşləri Tresti, Geofizika və Geologiya İdarəsinin İxtisaslaşmış Xüsusi Texnika İdarələrində, Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəsində, Xəzər Dəniz Neft Donanmasının Maddi Texniki Təchizat İdarəsində nəqliyyat vasitələrinin ilkin ekoloji müayinəsi prosesi həyata keçirilir.

 

Qeyd edək ki, 2010-cu il ərzində Balaxanı, Bibiheybət və Hövsan ərazilərində fəaliyyət göstərən ölçmə məntəqələrində ARDNŞ-nin idarə və müəssisələrinin balansında olan nəqliyyat vasitələrinin təxminən 95%-i ekoloji müayinədən keçirilib. Müayinənin nəticələrinə dair hesabatlar hazırlanaraq müvafiq müəssisələrə təqdim olunub. Istifadədə olan avtomobillərin yanacaq sistemlərini tənzimləməklə onları saz vəziyyətdə saxlamaq və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılması istiqamətində aparılan işlər ardıcıl olaraq davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə