Qızılın qiyməti bahalaşıb
Qızılın qiymətində artım müşahidə olunub. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında qızılın ixracına dair fevral fyuçerslərinin qiyməti 1.40 dollar və ya 0.1 faiz artaraq unsiyaya görə 1364,80 dollar təşkil edib.

O qədər də aktiv satılmayan qızılın ixracına dair aprel fyuçerslərinin qiyməti 1.40 dollar və ya 0.1 faiz bahalaşaraq unsiyaya görə 1365.50 dollara çatıb.

Qeyd edək ki, ötən il qızılın qiymətində 30 fazi artım müşahidə olunub. Qiymət artımı artıq 10 ildir davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə