“Yaşıl çay” fermer təsərrüfatında bu il 685 kq yaş barama tədarük olunub

“Yaşıl çay” fermer təsərrüfatında bu il 685 kq yaş barama tədarük olunub

“Yaşıl çay” fermer təsərrüfatında barama tədarükü başa çatıb. Təsərrüfatın rəhbəri Araz Yağubovun SİA-nın bölgə müxbirinə verdiyi məlumatına görə, təsərrüfatda ilkin olaraq barama istehsalı məqsədilə kifayət qədər yem bazasının və kümxananın yaradılması üçün tədbirlər görülüb.

Bu məqsədlə 2016-cı ildə ölkəmizə Çin Xalq Respublikasından gətirilən tut tinglərindən ibarət intensiv tut plantasiyası salınıb. 2018-ci ildə isə müasir yapon-Çin texnologiyası əsasında 495 kvadratkilometrlik kümxana tikilib istifadəyə verilib. Kümxanada kümçülərin işini asanlaşdırmaq üçün müasir tikililər yaradılıb. Binada istilik və rütubət rejimini ölçmək üçün cihazlar quraşdırılıb. Mayın 8-də təsərrüfata 10 qutu ipəkqurdu verilib. İlk gündən təcrübəli kümçülər bu işə cəlb edilib. Barama sarınması üçün isə ötən il İran İslam Respublikasından gətirilən 1500 metr uzunluğunda xüsusi tordan istifadə edilərək barama saxlanan rəflərə qoyulub. Görülən aqrotexniki tədbirlər öz bəhrəsini verib. Öz keyfiyyətli təbii çayı ilə tanınan “Yaşıl çay”çılar indi də baramaçılıqda böyük uğur qazanıblar.

Budur, düz 1 aydan sonra “Yaşıl çay” fermer təsərrüfatı yaş barama tədarükünə başlanıb. Qısa müddətdə kümçülər 685 kq keyfiyyətli yaş barama tədarük edərək təhvil veriblər.

Qeyd edək ki, ötən il 658 kq yaş barama təhvil verilmişdi

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə