London birjasında neftin qiyməti artıb

London birjasında Brent Crude Oil markalın neftin bir barelinin qiyməti 0,67 dollar artaraq 99,92 dollara çatıb. SİA-nın "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, London birjasında neftin qiyməti artsa da okeanın o biri tayında bu əksinə olub.

 

Belə ki, Nyu-York birjasında isə "Light Sweet Crude Oil" markadan olan neftin bir barelinin qiyməti 0,54 dollar ucuzlaşıb və 86,94 dollara düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə