Dəniz obyektlərində aparılan ekoloji monitorinqin 2005-2009-cu illər üzrə təhlillərinin nəticələrinə dair təqdimat keçirilib

Dəniz obyektlərində aparılan ekoloji monitorinqin 2005-2009-cu illər üzrə təhlillərinin nəticələrinə dair təqdimat keçirilib
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsinin Ekoloji Monitorinq Departamentində "Neft Daşları" NQÇİ-nin istismarında olan "Palçıq Pilpiləsi"yatağında 2005-2009-cu illər ərzində aparılan mövsümi ekoloji monitorinqlərin nəticələrinə dair təqdimat keçirilib.

Qeyd olunub ki, "Palçıq Pilpiləsi" yatağında seçilmiş məntəqələr üzrə 2005-2009-cu illərdə aparılmış ekoloji monitorinqlərdə neft-qaz hasilatı zamanı dəniz mühitində baş verən dəyişikliklər izlənilib, dəniz dibi, suyun üst və alt qatlarının fiziki-kimyəvi parametrləri, dənizin ekoloji sisteminin hidroloji, hidrobioloji, bioloji, mikrobioloji, fizioloji tədqiqatlarında və bioresursların, dominantlıq təşkil edən qrupların növ müxtəlifliyi, say və biokütlənin dəyişməsində baş verən dinamika öyrənilib.

Təqdimatın bioloji bölməsində yataq ərazisində yayılmış fitoplankton və zooplankton növ müxtəlifliyi haqqında məlumat iştirakçılar tərəfindən maraqla qarşılanıb. Yataqda aparılan kompleks analitik təhlillər nəticəsində tərtib edilib təqdimatdan məlum olub ki, ərazidə dib faunasının növ müxtəlifliyi son illər ərzində artıma meyillidir.

Tədbirin sonunda mövzu ilə bağlı suallar cavablandırılıb və gələcəkdə digər yataqların ərazisində aparılıb monitorinqlər üzrə təqdimatların keçirilməsi məqsədəuyğun hesab edilib. İştirakçılar Xəzər dənizində aparılan ekoloji monitorinqlər əsasında məlumat bazasının genişləndirilməsinin vacibliyi qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə