"Aİ Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə dəstəyini davam etdirəcək"

"Aİ Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə dəstəyini davam etdirəcək"

Avropa İttifaqı (Aİ) Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə dəstək verməyə davam edəcək. SİA xəbər verir ki, bu barədə Aİ-nin genişlənmə danışıqları və Avropa qonşuluq siyasəti üzrə komissarı Yohannes Han iyunun 13-də Bakıda keçirilən Azərbaycan-Aİ biznes forumundan əvvəl bəyanatında deyib.

Avrokomissar qeyd edib ki, Azərbaycan Avropa İttifaqının mühüm ticarət tərəfdaşıdır.

"Hesab edirəm ki, Azərbaycan qeyri-neft sektorunu inkişaf etdirərək doğru yol seçib. Biz bu səyləri dəstəkləyəcəyik", - deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə