Beynəlxalq bazarlara çıxarılan İKT məhsullarının ümumilikdə 66,3 faizi Asiya regionunun payına düşür

Beynəlxalq bazarlara çıxarılan İKT məhsullarının ümumilikdə 66,3 faizi Asiya regionunun payına düşür
"Dünyada istehsal olunan informasiya-kommunikasiya texnologiyaları (İKT) məhsullarının üçdə bir hissəsindən çoxu Çin və onun inzibati regionu Honq-Konqun payına düşür". SİA-nın məlumatına görə, bu barədə BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) yeni məruzəsində bildirilir.

Məruzə müəllifləri həmçinin qeyd edirlər ki, beynəlxalq bazarlara çıxarılan İKT məhsullarının ümumilikdə 66,3 faizi Asiya regionunun payına düşür. Hətta 2009-cu ildə qlobal maliyyə böhranı zamanı Çinin kompüter, noutbuk, mobil telefon, televizor və digər müasir texnoloji məhsulların ixracından əldə etdiyi gəlir 356 milyard ABŞ dolları təşkil etmişdi. ABŞ isə İKT məhsullarının xarici ölkələrdə satışından 113 milyard dollar məbləğində gəlir əldə edə bilib. Honq-Konqda bu göstərici 142 milyard dollara bərabər olub. Çinin bu inzibati regionunda ixracın 43 faizi məhz informasiya-kommunikasiya texnologiyalarının payına düşür. Sinqapur, Cənubi Koreya və Filippin kimi ölkələrin də bu sahədə ümumi göstəriciləri 30 faizə yaxındır.

Bütün xəbərlər Facebook səhifəmizdə