Azərbaycan nefti Ukraynaya cari ilin aprel ayında çatdırılacaq

Azərbaycan nefti Ukraynaya cari ilin aprel ayında çatdırılacaq
Ukrayna cari ilin aprel ayından Azərbaycan neftini tədarük etməyə başlayacaq. SİA-nın məlumatına görə, bu barədə Ukraynanın energetika və kömür sənayəsi naziri İqor Kiryuşin jurnalistlərə açıqlamasında bildirib. O vurğulayıb ki, ildə 1.5 milyondan 3 milyon kubmetrə qədər Azərbaycan neftinin təchizi ilə bağlı Ukraynanın qərb zavodlarının biri ilə razılaşma əldə olunub.

Qeyd edək ki, Ukrayna mayeləşdirilmiş təbii qazın idxalının 2017-ci ilə qədər ildə 7 milyard kubmetrə qədər artacağına ümid edir. Bu barədə isə Ukraynanın Milli layihələr üzrə İnvestisiya və İdarəetmə Dövlət Agentliyinin sədri Vladislav Kasıkiv bu gün keçirilən dəyirmi masada bildirib.

Onun sözlərinə görə, Ukrayna Azərbaycandan başqa digər qaz tədarük mənbələri də axtarır.

Xatırladaq ki, cari ilin 28 yanvar tarixində Ukrayna ilə Azərbaycan arasında Ukraynanın mayeləşdirilmiş təbii qazla təmin edilməsinə dair əməkdaşlıq memorandumu imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə