Ötən il DRİ 160 ədəd qeyri-qanuni istismar olunan tezlik aşkarlayıb
2010-cu il ərzində Dövlət Radiotezliklər İdarəsinin efirə nəzarət şöbəsi (ERNŞ) tərəfindən 395 radiorabitə şəbəkəsinə nəzarət olunub. Dövlət Radiotezliklər İdarəsindən (DRİ) SİA-ya verilən xəbərə görə, bu müddət ərzində 1490 radiotezliyə nəzarət olunub və bununla əlaqədar 347 ədəd qayda pozuntusu aşkarlanaraq radiotezliklər şöbəsinə məlumat verilib.
Bundan əlavə, ötən dövr müddətində ERNŞ tərəfindən 220 müəssisədə 3428 ədəd avadanlıq texniki baxışdan keçirilib. Texniki baxış zamanı 27 müəssisədə 287 ədəd qeyri-qanuni radioelektron vasitələri (REV) aşkarlanıb.
Eyni zamanda DRİ-nin qeydiyyatında olan, möhürlənən 33 müəssisədə 199 REV-nə də texniki baxış keçirilib. Nəticədə 160 ədəd qeyri- qanuni istismar olunan tezliklər aşkarlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB