FED baza faiz dərəcəsini dəyişilməz saxladı

FED baza faiz dərəcəsini dəyişilməz saxladı

ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) baza faiz dərəcəsini illik 2,25-2,5% səviyyəsində saxlayıb. "Report" xəbər verir ki, bu barədə maliyyə tənzimləyicisinin press-relizinə istinadən xarici KİV məlumat yayıb.

FED bu qərarı 30 Aprel -1 May iclasının yekununda qəbul edib. Bildirilir ki, Amerika tənzimləyicisinin baza faiz dərəcəsinin saxlanılmasına dair qərarı əksər analitiklərin proqnozları ilə üst-üstə düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə