Auditorlar Palatası nümayəndələri Moskvada beynəlxalq konfransda
Auditorlar Palatası Moskvada keçirilən beynəlxalq elmi-ptaktik konfransda təmsil edilib. SİA xəbər verir ki, Rusiya Federasiyasının "Sodrujestvo" özünü tənzimləyən Auditor Təşkilatları Assosiasiyasının prezidenti, professor Anatoli Şeremetin dəvəti ilə Azərbaycan Auditorlar Palatasının nümayəndə heyəti Moskvada beynəlxalq elmi-praktik konfransda iştirak edib.
Auditorlar Palatasının sədri Vahid Novruzov "Avrasiya regionu ölkələrində auditin, mühasibat uçotunun və beynəlxalq maliyyə hesabatı standartlarının tətbiqinin inkişafının aktual məsələləri" adlı beynəlxalq elmi-praktik konfransda "İqtisadiyyatın kölgələşməsinin azaldılmasında auditin rolu" mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə son dövrlərdə kölgə iqtisadiyyatının azaldılması, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə istiqamətində görülən işlər, dövlətimizin başçısının müstəqil auditə göstərdiyi böyük diqqət və qayğı barədə geniş məlumat verilib.
Eyni zamanda, tədbirdə iştirak edən digər xarici ölkələrin audit qurumlarının nümayəndələri ilə işgüzar görüşlər keçirilib, təcrübə mübadilələri aparılıb.
Sonda V.Novruzov Auditor Təşkilatları Assosiasiyasının İdarə Heyətinin 2019-cu il 24 aprel tarixli qərarı ilə "Audit sahəsindəki xidmətlərinə görə" medalı ilə təltif edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB