Azərbaycanın iş adamları beynəlxalq sərgidə iştirak edəcəklər
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) üzvü olan bir qrup iş adamı 14 – 17 fevral 2011-ci il tarixləri arasında Antalyada keçirilən "Anfaş Food Product ", 18-ci Beynəlxalq Yeyinti və İçki məhsulları Sərgisin"də iştirak edəcəklər.
SİA-nın xəbərinə görə, səfərin əsas məqsədi sahibkarlığın inkişafı, Türkiyə ixrac məhsulları və bu istiqamətdə fəaliyyət göstərən şirkətlərlə tanışlıq, ticarət əlaqələrinin genişləndirilməsindən ibarətdir.
Səfər çərçivəsində həmçinin brifinq, ikitərəfli görüşlər, sərgi stendlərinin gəzilməsi və istehsal müəssisələrinə ziyarətlərin təşkil edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, 2011-ci ildə keçiriləcək Beynəlxalq "Anfaş Food Product", Sərgi-yarmarkanın məkanı 40.000 m² təşkil edir. Sərgidə dünyanın müxtəlif ölkələrindən 400 şirkət və 45.000 ziyarətçinin iştirakı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB